Bu ölkələr hava məkanlarını Rusiya aviasiyasının üzünə bağlayıb

Rusiya Ukrayna müharibəsinin başlamasından sonra bir sıra Avropa ölkələri öz hava məkanlarını Rusiya aviasiyasına bağlamağa başlayıb.

Metbuat.az xəbər verir ki, bu səbəbdən Rusiyanın aviaşirkətləri reysləri kütləvi şəkildə ləğv edir.

Hazırda Böyük Britaniya, Kanada, Polşa, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Sloveniya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İslandiya, İrlandiya, İtaliya, Avstriya, Portuqaliya, İsveç və Niderland, Albaniya hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb. Onlara İspaniya və Şimali Makedoniya da qoşulub.

Qeyd edək ki, Rusiya təyyarələri üçün səmanı bağlayan ilk ölkə fevralın 26-da gecə yarısından etibarən Polşa olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR