"Ukraynadakı azərbaycanlı tələbələrlə Xarici İşlər Nazirliyi işləyir. Müvafiq aidiyyəti dövlət qurumları da bu məsələyə dəstək verir".

Metbuat.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib. O qeyd edib ki, həmin tələbələrin məsələsində nazirlik dəstəkverici rola malikdir.