Zelenski Baydenlə danışdı

Ukrayna lideri Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə Zelenski "Twitter"də paylaşım edib.

Tərəflər telefon danışığı zamanı sanksiyalardan və Ukrayna Silahlı Qüvvələrinə müdafiə yardımından bəhs ediblər.

"Biz Amerika rəhbərliyini anti-Rusiya sanksiyaları və Ukraynaya müdafiə yardımı ilə bağlı müzakirə etdik. Təcavüzkarı mümkün qədər tez dayandırmalıyıq. Dəstək üçün minnətdarıq", - Zelenski yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR