ASOS Rusiyaya çatdırılmanı dayandırdı

Geyim və aksesuarların pərakəndə satışı ilə məşğul olan Asos şirkəti Rusiyaya çatdırılmasını dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətin saytında müvafiq elan yerləşdirilib. Şirkətin rusdilli saytında sifariş vermək istəyərkən “Rusiyaya göndərmə hazırda mümkün deyil” yazılır.

Qeyd edək ki, Asos Britaniyanın onlayn geyim, ayaqqabı, aksesuar və kosmetika pərakəndə satışçısıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR