Baş nazir bu qərarı LƏĞV ETDİ

Baş nazir Əli Əsədov subbakalavrların topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması ilə bağlı qaydanı ləğv edib.

Metbuat.az xəbər verir ki, Ə.Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Belə ki, “Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında” Nazirlər Kabinetinin 2009-cu il 22 dekabr tarixli 195 nömrəli qərarı ləğv edilib.

Xatırladaq ki, əvvəlki qərarla orta ixtisas təhsili pilləsini fərqlənmə diplomu ilə bitirmiş və "subbakalavr" ixtisas dərəcəsi almış məzunların ayrı-ayrı fənlərdən topladıqları kreditlər tələbənin müraciəti və müvafiq sənədlər (fərqlənmə diplomu və onun əlavəsi) təqdim edildikdən sonra baxılaraq, bakalavr səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisəsi tərəfindən nəzərə alınırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR