Xarkovda həlak olan azərbaycanlıların kimliyi məlum oldu

Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində həlak olan azərbaycanlıların kimliyi bəlli olub.

Metbuat.az-a Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan verilən məlumata görə, daha 3 Azərbaycan vətədaşı həlak olub.

"Ötən gün Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib.

Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır".

Qeyd edək ki, bu gün 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR