Mədəniyyət naziri Astara, Lerik və Lənkəran sakinlərini qəbul edib

Martın 11-də mədəniyyət naziri Anar Kərimov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lerik və Lənkəran rayonlarının sakinlərini qəbul edib.

Nazirlikdən Metbuat.az-a verilən xəbərə görə, görüşdən öncə mədəniyyət naziri Anar Kərimov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət ediblər.

Abidə önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət könüllüləri hərəkatının yaradılması, işlə təmin olunma, kitabxanaların müasirləşdirilməsi, müəssisələrin maddi-texniki təminatı, təmiri, qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində fəaliyyətinin təşviq edilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini diqqətlə dinləyərək, hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə qeyd olunan rayonlardan ümumilikdə 30-a yaxın vətəndaşın müraciətinə baxılıb. Araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR