Britaniyada ukraynalı qaçqınlara sığınacaq verən ailələrə pul veriləcək

Böyük Britaniya hökuməti "Ukrayna üçün evlər" proqramı çərçivəsində ukraynalı qaçqınlara sığınacaq verəcək britaniyalı ailələrə ayda 350 funt-sterlinq ödəyəcək.

Metbuat.az xəbər verir ki, barədə “Daily Mail” məlumat yayıb.

Nəşdr bildirir ki, ukraynalı qaçqınlara Böyük Britaniyada üç il qalmaq, işləmək və dövlət xidmətlərindən istifadə etmək icazəsi veriləcək.

Həmçinin bu gündən ingilislərin mənzil təkliflərini qeydiyyatdan keçirmək üçün internet saytı fəaliyyətə başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR