“Putin bu şəhəri xəritədən sildi” - 100 mindən çox insan yaşayırdı /

Rusiyanın hücumları nəticəsində Ukraynanın şərqində yerləşən Volnovaxa şəhəri tamamilə dağılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynalı rəsmi Pavlo Kirilenko açıqlama verib. O bildirib ki, hərbi əməliyyatlar başlayandan əvvəl şəhərdə 100 mindən çox insan yaşayırdı. “Toqquşmalardan sonra sakinlər təxliyə edilib. Volnovaxa şəhərinin artıq mövcud olmadığını deyə bilərəm” - ukraynalı rəsmi bildirib.

“Putin Ukraynanın Volnovaxa şəhərini xəritədən sildi” başlığı ilə məlumatı oxucuları ilə bölüşən “Sunday Times” isə qəzeti yazır ki, şəhərdəki binalar yerlə bir olub. İnsanların yaşaması üçün şəhərdə heç bir şərait mövcud deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR