Bu günədək Ukraynadan Azərbaycana 7500-dən çox insan təxliyə olunub -

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.

XİN-dən Metbuat.az-a verilən məlumata görə, martın 14-dək Azərbaycana 7500-dən çox insan təxliyə olunub. Onlardan 3 000-ə yaxını çarter reysləri, 4500-dən çox insan isə avtobuslarla təxliyə olunub.

"Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib. Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın şəxsi imkanları hesabına da Azərbaycana geri dönüşü həyata keçirilir", - məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR