Rusiyanın zəifləməsi Türkiyəni post-sovet məkanında gücləndirəcək -

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya üzv olmasını istəmədiyi təqdirdə işğalı dayandırmayıb ordusunu Ukraynadan geri çəkməməsinin tək səbəbi post - sovet olkələrini işğal edib, "yeni ittifaq" adı altında birləşdirməkdir".

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Müsahibimiz qeyd edir ki, Ukraynada Rusiyanın məğlubiyyəti Azərbaycanın və digər post-sovet ölkələrinin müstəqillliyinin güclənməsinə səbəb olacaqdır. Bununla da rəsmi Bakı yeni dünya nizamında Qərblə bir sistemdə əməkdaşlıq platformasında iştirak edəcəkdir.

"Xüsusilə Rusiyanın zəifləməsi fonunda Türkiyə post-sovet məkanında öz təsir zonasını formalaşdıra bilər. Bu da sülhün və təhlükəsizliyin təmini üçün xüsusi əhəmiyyət kəsb edəcək. Görünən odur ki, Moskvanın Ukraynada qalib gəlmək şansı tükənib. Əgər, Kreml uğurlu hərbi əməliyyatlar keçirsəydi, Ukrayna ilə sülh danışıqları masası arxasında oturmazdı".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR