Kiyevdə vurulan Rusiya raketi hündürmərtəbəli binanı dağıdaraq yanğına səbəb olub.
Metbuat.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə martın 17-də səhər saat 05:02-də "101" Xilasetmə Xidmətinə paytaxtın Darnitski rayonunda yaşayış binasında yanğının baş verməsi və dağılması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn xilasedicilər müəyyən ediblər ki, vurulmuş raketin qalıqlarının yerə düşməsi nəticəsində 16-cı və texniki mərtəbədəki evin konstruksiyaları dağılıb, 16-cı mərtəbədəki mənzildə yanğın baş verib.
Xilasedicilər yanğını söndürməyə müvəffəq olublar.
"İlkin məlumata görə, 30 nəfər yerindəcə təxliyə edilib, onlardan 3-ü xəsarət alıb. Bir nəfər ölüb", - deyə FHN-dən xilasedicilər bildirib.