Sülh planında Türkiyə ilə bağlı ŞOK MADDƏ:

Rusiya və Ukrayna arasında 15 maddədən ibarət sənədlə bağlı müzakirələrdə irəliləyiş əldə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. İddialara görə, Ukraynanın bitərəf olacağına və orduda məhdudiyyətlər tətbiq edəcəyinə razı olacağı halda Rusiya ordusu geri çəkiləcək. 15 maddədən ibarət süh planına görə, tərəflər atəşkəs əldə edəcək, Ukrayna suverenliyini elan edəcək, Ukrayna silahlı qüvvələrə məhdudiyyətlər tətbiq edilməsini qəbul edəcək, Ukrayna NATO-ya qatılmaq hədəfindən imtina edəcək, Ukrayna xarici qüvvələrin və silahların ölkəyə yerləşməyəcəyi barədə zəmanət verəcək.

Qəzet müzakirələrdə iştirak edən 3 diplomata istinadən xəbər verir ki, bu şərtlər qarşılığında Ukrayna tərəfi ABŞ, Böyük Britaniya və Türkiyə kimi müttəfiqlərin müdafiəsi altında olacaq. Həmçinin, Moskva Krımın Rusiya torpağı, Dombasın isə respublika kimi tanınmasını tələb edir. Ukrayna tərəfi sülh planın imzalanması üçün əvvəlcə Rusiya ordusunun geri çəkilməsini tələb edir. Tərəflər arasında əsas fikir ayrılığı Donbas və Krım şərtləri ilə bağlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR