Rusiyadan ŞOK TƏHDİD: NATO-ya üzv olmaq istəyən Ukraynaya baxsın

“Ukraynanın timsalında biz nə olacağını nümayiş etdirdik. Əgər təhlükə olsa, reaksiya veriləcək”.

Metbuat.az xəbər verir ki, rusiyalı səfir İqor Kalabuxov Bosniya və Herseqovinanın NATO-ya üzvlük ehtimalından danışarkən belə deyib. O bildirib ki, Rusiyanın hələlik məsələ ilə bağlı planı yoxdur və Moskva geosiyasi vəziyyətə uyğun olaraq tədbirlər görəcək.

Bosniya və Herseqovinanın rəsmi dairələri isə Rusiyanın ölkədəki səfiri İqor Kalabuxovun təhdidlərini pisləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR