“Neftçi”dən 85 illikdə 4 qollu qələbə -

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Keşlə" "Sumqayıt"ı qəbul edib və bərabərə qalıb - 1:1. Günün digər oyununda isə bu gün yaranmasının 85 illiyini qeyd edən "Neftçi" doğma meydanda "Qəbələ" ilə üz-üzə gəlib və 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

18 mart (cümə)

19:37. “Neftçi” – “Qəbələ” - 4:0

Qollar: Eddi İsrafilov, 7, 90+5, Mamadu Mbodj, 17, Gilyerme Pato, 81
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

17:00. “Keşlə” – “Sumqayıt” - 1:1

Qollar: Amil Yunanov, 45 (1:0), Franko Flores, 57-avtoqol (1:1)
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASK Arena”



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR