Çin Moskvanı Kiyevlə anlaşmaya məcbur edə bilər - Politoloqdan AÇIQLAMA

"Rusiyanı Ukraynada işğalçılıq siyasətinin qarşısını ala biləcək güclərdən biri Çindir".

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Çin obyektiv siyasi mövqeyini ortaya qoyub Moskvanı Kiyevlə anlaşmaya məcbur edə bilər.

"Moskva və Pekin arasında Qərbə qarşı strateji əməkdaşlıq var. Rusiyanın güclənməsi və Ukryananı işğal etməsi Pekinin geosiyasi maraqlarına cavab vermir. Çünki Ukryanadan sonra Moskvanın hədəfi Mərkəzi Asiya olacaq. Bu da Pekinlə maraqlarının toqquşmasıdır. Hazırda Rusiya Ukraynada siyasi -hərbi məqsədlərinə nail ola bilmir. Hərbi və iqtisadi cəhətdən zəifləyir. Görünür, Çində Rusiyanın Ukrayna lambirintində ilişməsi fonunda zəifləməsində maraqlıdır. Ona görə də prosesi kənardan izləyir".

Ekspert onu da qeyd etdi ki, Türkiyənin vasitəçiliyi bir müddət davam edə bilər. Ümumiyyətlə Rusiya Ukraynada hərbi məqsədlərinə nail olsaydı Ankaranın vasitəçiliyini qəbul etməzdi. "Hazırda bütün güc Ukrayna hərbçilərinin döyüşündən asılı olacaq" - deyə M.Əsədullazadə fikrlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR