Dünya bazarında neftin qiyməti artıb.
Metbuat.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2.73% artaraq 1 barelə görə 118.73 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1.96% artaraq 114,32 dollar təşkil edib.