Bakıda 25 evin su sayğacını oğurlayan şəxs tutulub

Binəqədi qəsəbəsində 25 evin su sayğacını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qorxmaz Kərimov tutularaq istintaqa təqdim edilib.

O, Binəqədi qəsəbəsində müxtəlif vaxtlarda 25 evin su sayğacını oğurladığını və əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib. Oğurlanan su sayğaclarından bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR