Türkiyənin “Adana Dəmirspor” klubunda 2021-2023-cü illərdə baş məşqçi kimi çalışan Vinçenso Montella klubdakı 330 min avroluq alacağından imtina edib.

Metbuat.az xəbər verir ki, hazırda Türkiyə millisinin baş məşqçisi olan Montella ilə klub arasında şifahi razılaşma əldə olunub. Məlumata görə, italiyalı mütəxəssis “Adana Dəmirspor”dakı keçmiş dövrə aid 330 min avro məbləğində alacağından imtina etdiyini kluba rəsmi şəkildə bildirib.

“Adana Dəmirspor” rəhbərliyi Montellaya bu jestinə və göstərdiyi fədakarlığa görə təşəkkür edib.