Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, XIII turunun oyunları martın 26-da təşkil olunacaq.

Günün ilk qarşılaşmasında saat 15:00-da “Neftçi” və “Sərhədçi” komandaları üz-üzə gələcək. Bu görüşdən 2 saat sonra “Ekspress” – MOİK oyunu gerçəkləşəcək.

Hər iki matç “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR