PSJ-nin qapıçısı ukraynalı köçkünləri evində qonaq etdi

PSJ-nin qapıçısı Keylor Navas Ukraynadan gələn məcburi köçkünlərə kömək edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Qolkiper Parisdəki evində 30 nəfəri qəbul edib. Futbolçu evindəki kino zalında 30 çarpayı yerləşdirib. Navasın həyat yoldaşı Andrea Salas ukraynalılar üçün yemək hazırlayaraq onlarla birlikdə dua da edib.

Qeyd edək ki, fevralın 24-də Rusiya və Ukrayna arasındakı müharibə hələ də davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR