“Biz sənin yemək yediyin, yatdığın yerdəyik” -

Rusiyanın Ukraynaya hücumlarından sonra Ukraynaya dəstək məqsədilə Kreml başda olmaqla bir çox Rusiyanın dövlət saytlarını ələ keçirən beynəlxalq məşhur haker qrupu “Anonymous” bu dəfə Rusiya Mərkəzi Bankını ələ keçirib.

Metbuat.az xarici mediyaya istinadən xəbər verir ki, məxfi razılaşmalar da daxil olmaqla 35 mindən çox sənədi dərc etməyə başlayan “Anonymous” bəzi internet saytlarında açılan fayllarda xüsusi razılaşmalar da daxil olmaqla çox vacib sənədlərin olduğunu da vurğulayıb.

Rusiya prezidenti Vladimir Putinə sərt mesajlar göndərən “Anonymous” Rusiya Mərkəzi Bankının sındırılması ilə bağlı açıqlamasında deyib.

““Salam dünya vətəndaşları. Putin illərdir rus xalqını aclığa sürükləyir. O, medianı, müxalifləri cəzalandırıb. Putin Kremlin palatalarında əylənərkən Rusiya xalqı iqtisadi cəhətdən əziyyət çəkirdi. Vladimir Putin yalançı, diktator, müharibə cinayətkarı və uşaq qatilidir. Putin və onun oliqarx dostları silah alverçiləri ilə birlikdə dünyanı fəlakətə sürükləyir. Ukraynada Putinin göstərişi ilə minlərlə dinc sakin və günahsız insan öldürülüb. Yüz minlərlə ukraynalı didərgin düşüb. Xəstəxanalar, məktəblər və sığınacaqlar bombalanıb. Uşaqlar ailələrini, ailələr uşaqlarını itirdi.

Vladimir Putin, Nigeriyada, Çilidə, Nikaraquada diktatorlara nə etdiyimizi xatırlayın. İsrail, ABŞ, Avropa, Master Card, SARS və bütün digər müharibə tərəfdarlarını necə cəzalandırdığımızı da xatırlayın!”.

“Anonymous”un verdiyi açıqlamanın davamında qeyd olunub:

“Vladimir Putin, heç bir sirr əbədi deyil. Biz hər yerdəyik. Sizin sarayınızdayıq. Masanızda, yatdığınız otaqdayıq. İndi Rusiya Mərkəzi Bankının minlərlə sənədləri, müqavilələri, yazışmaları, pul köçürmələrini, oliqarxlarınızın ticarət sirlərini, ictimaiyyətdən gizlətdiyiniz real iqtisadiyyat hesabatlarını, başqa ölkələrlə imzaladığınız ticarət müqavilələrini, bəyanatları, konfrans videolarını və istifadə etdiyiniz proqramları paylaşırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR