Türkiyə sahillərində növbəti mina aşkar edildi

Türkiyənin Qara dəniz sahillərində növbəti mina tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mina Bulqarıstan sərhədinə yaxın ərazidə yerləşən İğneada sahillərində aşkar edilib. Minanın zərərsizləşdirilməsi üçün qruplar cəlb edilib.

Qeyd edək ki, iki gün əvvəl İstanbul boğazında oxşar hadisə baş vermişdi. Minaların su axını ilə Ukrayna sahillərindən gəldiyi güman edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR