Kremldən Kadırovun "Müharibə davam etsin" açıqlamasına ETİRAZ: "Buna yer yoxdur"

Çeçenistan rəhbəri Ramzan Kadırov İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqları barədə etiraz yaradan açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya danışıqları dayandırıb Ukraynada hərbi əməliyyatları tapşırıq tam icra olunana qədər davam etdirməlidir. Kremldən Kadırovun sözlərinə etiraz gəlib. Kremlin sözçüsü Dmitri Peskov bildirib:

“Yeni Stalinqrad təqvimdə yoxdur və olmamalıdır. Burada duyğularla hərəkət etmək olmaz”.

Qeyd edək ki, tarixçilər Stalinqrad döyüşünü ikinci dünya müharibəsinin dönüş döyüşü kimi qəbul edir. Döyüş zamanı tərəflərin ümumilikdə 1,7 milyon itki verdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR