Volkan Bozkır: Avropa İttifaqı Türkiyənin quruma üzvlüyündən faydalana bilər

Volkan Bozkır: Avropa İttifaqı Türkiyənin quruma üzvlüyündən faydalana bilər
10:38 19 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa İttifaqı (Aİ) Türkiyənin quruma üzvlüyündən böyük fayda əldə edə bilər. Bunu Türkiyənin Aİ işləri üzrə naziri Volkan Bozkır deyib. Bu barədə Trend Akşam qəzetinə istinadən xəbər verib.

Onun sözlərinə görə, bu strukturun üzvü olan bəzi ölkələrdən fərqli olaraq Türkiyə iqtisadiyyatı yüksək səviyyədədir. Bundan əlavə, Türkiyədə sabitliklə bağlı vəziyyət bir sıra ölkələrdə olduğundan daha yaxşıdır.

Bozkır qeyd edib ki, həmçinin mühüm amillərdən biri Türkiyə ordusunun yüksək hazırlıq səviyyəsidir.

Türkiyənin Aİ-yə daxil olması ilə bağlı rəsmi danışıqlar 2005-ci ildən bərpa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR