​İran neft hasilatını gündəlik 3,8 milyon barrelə çatdırdı

İran neft hasilatını gündəlik 3,8 milyon barrelə çatdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Uci açıqlama verib. O bildirib ki, yeni quyuların istifadəyə verilməsi ilə ilə hasilat artırılıb. Nazirin sözlərinə görə, ötən il hasilat az olsa da, bu il göstərici daha da artırıla bilər.

Qeyd edək ki, ABŞ-ın sanksiyalarından sonra İran 2018-ci ildən bəri 2,8 milyon barrel neft ixrac edə bilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR