Azərbaycan beynəlxalq mədəniyyət festivalında qalib oldu -

İstedadlı gənc müğənni 11 yaşlı Kamilla Məmmədzadə "Dubai EXPO-2020" sərgi çərçivəsində keçirilən beynəlxalq mədəniyyət və talant festivalında qalib olub.

Ölkəmizi beynəlxalq layihələrdə layiqincə təmsil edən Kamila Məmmədzadə "EXPO-2020" səhnəsində "Dance" ("Rəqs") mahnısı ilə çıxış edərək münsiflər heyətindən topladığı yüksək ballara görə 8-12 yaş qrupuna aid olan iştirakçılar arasında birincilik qazanıb. O, eyni zamanda uşaqların hüquqları mövzusunda hazırladığı "Ən yaxşı sosial çarx"a görə də mükafatla təltif olunub.

Festivalda qalib olan Kamilla Məmmədzadə Malayziya və Amerika Birləşmiş Ştatlarında keçiriləcək nüfuzlu beynəlxalq layihlərə vəsiqə əldə edib.

Qeyd edək ki, "Dubai Expo- 2022"sərgi çərçivəsində baş tutan sayca 20-ci festivalda Azərbaycan, Gürcustan, Qazaxıstan, Ukrayna, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya, Monqolustan, Şri-Lanka, Hindistan, Livan, Kenya, Uqanda və digər ölkələrdən 4-16 yaş arasında olan 70-dən çox iştirakçı qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR