Qazaxıstan Prezidentinə sui-qəsdə cəhd edildi -

Martın 25-də Qazaxıstan əks-kəşfiyyatı Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Saxlanılan şəxsin Qazaxıstan Respublikası vətəndaşı olduğu, Nur-Sultan şəhərində saxlanıldığı bildirilir.

KTK-nın məlumatına görə, xarici kəşfiyyat agenti təkcə Tokayevin həyatına deyil, həm də bir sıra yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsdlər planlaşdırıb.

Eyni zamanda, komitənin müraciətində qeyd olunduğu kimi, xüsusi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktlarının həyata keçirilməsi planlaşdırılırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR