Dünya birjalarında neftin qiymətləri artıb.
Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 0,46% artaraq 1 bareli 104,87 ABŞ dollarına satılıb.
Nyu-Yorkun NYMEX birjasında WTI neftinin may fyuçerslərinin qiyməti isə 0,36% artaraq 1 bareli 99,63 ABŞ dolları təşkil edib.
Mənbə: Bloomberg