Tezliklə internetdən dünyanın bütün nöqtələrində istifadə mümkün olacaq

Tezliklə internetdən dünyanın bütün nöqtələrində istifadə mümkün olacaq
10:41 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya sahibkarı, ölkənin ən varlı adamlarından biri və “Virgin Galactic” şirkətinin rəhbəri Riçard Brenson internetə daxilolmanın problemli olduğu yerlərdə şəbəkəyə ucuz çıxış imkanı verəcək kiçik peyklər şəbəkəsi yaratmağı planlaşdırır.
 
Bildirilir ki, o, bu məqsədlə ABŞ-ın “OneWeb” layihəsinin inkişafı ilə məşğul olan "Qualcomm” şirkəti ilə əməkdaşlıq edəcək.
 
“OneWeb” layihəsi çərçivəsində "Virgin Galactic” şirkətinin köməyi ilə əvvəlcə hər birinin çəkisi 113 kq təşkil edən 648 peyk buraxılacaq. Bu halda onların kosmosa buraxılması üçün Yer orbitinə yükləri çatdıran “LauncherOne” raketindən istifadə olunacaq.
 
1200 km hündürlükdə uçan peyklər internetə qoşulmaq üçün saniyədə 8 giqabitlik buraxılış qabiliyyətini təmin edəcək. Peyklərin buraxılışının ilkin mərhələsinin uğurlu olacağı təqdirdə R.Brenson peyklərin sayını 2400 ədədədək artırmağı düşünür.
 
Peyklərin ilkin buraxılışı 2017-ci ildə planlaşdırılır, - "Hi-News” yazır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR