İrəvanda müxalifət mitinq keçirir - Paşinyana etiraz

Bu gün Ermənistanın müxalif “Ermənistan” və “Mənim şərəfim var” blokları İrəvanda mitinq keçirəcək.

Metbuat.az xəbər verir ki, mitinqdə müxalifət rəhbəri Robert Köçəryanın iştirak edib-etməyəcəyi hələlik məlum deyil. Yerli mənbələrin məlumatına görə, Robert Köçəryan xizək sürərkən xəsarət alıb. Bu səbəb görə, Köçəryan mitinqə qatılmayacağı irəli sürülür. Mitinqin baş nazir Nikol Paşinyanın Brüsselə səfəri ərəfəsində keçirilməsi diqqət çəkir. Mitinqin Paşinyanın Brüssel səfərinə etiraz məqsədi daşıdığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR