Peşəkar radioloq Elnarə Sərdarova beynəlxalq tədbirdə mükafatlandırıldı -

On ildən artıqdır ki, radiologiya sahəsində püxtələşən həkim Elnarə Sərdarova "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Experienced Radilogist" mükafatına layiq görülüb.

Peşəkar həkim-radioloq fetal radilogiyanın on beş il öncə daha çox inkişaf etmədiyini, lakin ölkəmizdə bununla bağlı problem və tələbin olduğunu bildiyinə görə, bu sahəyə yönəlib və ölkəmizdə fəaliyyət göstərən Fetal MRT sahəsində ilk həkimlərdən olub.

Qeyd edək ki, Elnarə Sərdarova bu sahəyə dərindən yiyələnmək və incəliklərini öyrənmək üçün İsraildə Tel-Aviv Tibb Universitetində fetal neyrosonoqrafiya, daha sonra Avstriyada Vyana Tibb Universitetində uzun müddət təkminləşmə kursları keçib.

Bundan əlavə o, dünyanın bir çox ölkələrində baş tutmuş ən tanınmış təlim, kongres və kurslara qatılıb. Peşəkar həkim qazandığı professional bilikləri öz sahəsində uğurla tətbiq etməkdədir. E. Sərdarova İSUOG beynəlxalq təşkilatının üzvüdür və bu təşkilatın toplantılarına öz araşdırmaları ilə qatılmaqdadır.

E. Sərdarovanın gələcək planı və məqsədi isə səhiyyəmizə elmi araşdırmalar ilə öz tövhəsini verməkdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR