Azərbaycan Premyer Liqasında XII tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Turun açılış matçı Şamaxıda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası son çempion "Neftçi"ni qəbul edəcək. Bu, bölgə təmsilçisinin yeni adla çempionatda ilk matçı olacaq.

Günün ikinci matçı paytaxta olacaq. 29 xalla 5-ci sırada yer alan "Sabah" 36 xalla 3-cü yerdəki "Zirə"ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası, XXII tur

9 aprel (şənbə)

14:00. “Şamaxı” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Şamaxı şəhər stadionu.

17:00. “Sabah” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Bank Respublika Arena

Qeyd edək ki, XXII tura aprelin 10-da keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR