“VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs olunub -

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai asayişi və yol-hərəkəti qaydalarını davamlı şəkildə pozan sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən xəbərə görə, rayon sakini Səbuhi Qəniyev istifadəsində olan “VAZ-2106” markalı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. Yol polisi əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə birgə saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəmə qərarı ilə 20 sutka inzibati qaydada həbs olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR