Paşinyan bu tarixdə Moskvaya gedir

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 19-da Rusiyaya işgüzar səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, N.Paşinyanın səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri, eləcə də gündəmdə duran digər məsələlər müzakirə olunacaq.

Bundan əlavə, mətbuat xidməti N.Paşinyanın V.Putinlə telefon danışığı keçirdiyini bildirib. Ermənistan baş nazirinin V.Putini Brüssel səfəri barədə məlumatlandırdığı deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR