Rusiya dəhşətli səhvə yol verib: İyun ayında bütün planlar iflasa uğrayacaq -

“Finlandiya və İsveç yaz aylarında NATO-ya qoşulmağa hazırlaşır”.

Metbuat.az xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb. İddialara görə, bu barədə ABŞ hökumətindəki mənbə açıqlama verib. O bildirib ki, Rusiya böyük strateji səhvə yol verib. Amerikalı rəsminin sözlərinə görə, Finlandiya və İsveç yaz aylarında NATO-ya qoşulmaq üçün hazır olacaq. Bildirilir ki, Brüsseldəki NATO xarici işlər nazirlərinin toplantısı zamanı Finlandiya və İsveçin hərbi alyansa qoşulması müzakirə edilib. Məlumata görə, Finlandiya iyun ayında ardınca isə İsveç rəsmən NATO-ya müraciət edəcək.

Qeyd edək ki, Rusiya İsveç və Finlandiyaya NATO-ya qoşulmağa səy göstərəcəkləri təqdirdə nəticələri olacağı barədə xəbərdarlıq etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR