Oktay Şirəliyevin oğluna

“Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyinə yeni təyinat olub.

Metbuat.az "APA-Economics"ə istinadən xəbər verir ki, Murad Şirəliyev “Azərsığorta”nın İdarə Heyəti Sədrinin Müşaviri təyin edilib.

Murad Şirəliyev "APA-Economics”ə açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nin İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb.

Sabiq səhiyyə naziri Oktay Şirəliyevin oğludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR