Baş Prokurorluq Yevlax Polis Şöbəsində baş verən intiharla bağlı

Baş Prokurorluq Yevlax Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.

Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR