Ağcabədidə 5 kəndin elektrik şəbəkəsi yenidən qurulacaq - VİDEO

Ağcabədinin Cəfərbəyli, Mehrablı, Ağabəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulacaq.

“Azərişıq” ASC-dən Metbuat.az-a verilən məlumata görə, artıq rayonun Cəfərbəyli, Ağabəyli, Mehrablı kəndlərində işlərə start verilib. Növbəti mərhələdə isə Qaradolaq və Şənlik kəndlərində də işlərə başlanılacaq.

5 kənddə ümumilikdə 79 km-a yaxın 10 kV-luq, 36 km-dan çox 0,4 kV–luq elektrik xətləri yenilənəcək. Müxtəlif güclərdə 24 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq.
Bununla da 5 kəndin ümumilikdə 1784 abonenti keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək və itkilərin həcmi minumuma endiriləcək.

Xatırladaq ki, ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR