Çempionlar Liqası: "Çelsi" mübarizəni dayandırıb

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları baş tutub.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. İlk oyunda 3:1 hesablı qələbə qazanan "Real" "Çelsi"ni bu dəfə evdə qəbul edib. Qarşılaşmanın əsas vaxtı London klubunun 3:1 hesablı qələbəsi ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha 1 qol vuran "Real" iki oyununun nəticəsinə əsasən yarımfinala yüksəlib.

"Bavariya" isə ilk matçda 0:1 hesabı ilə uduzduğu "Vilyarreal"la doğma meydanda üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə "Vilyarreal" yarımfinala yüksəlib.

Qeyd edək ki, bu gün də 1/4 finalın digər cavab oyunları keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR