9 ay hamilə olduğundan xəbərsiz olan qadın uşaq dünyaya gətirdi -

ABŞ-da yaşayan 33 yaşlı qadın Adrianna Grayson gözlənilməz hadisə ilə üzləşib.

Metbuat.az xəbər verir ki, qarın ağrısına görə, tualetə gedən qadın, uşaq dünyaya gətirib. Məlumata görə, 5 uşaq anası olan Adrianna hamilə qalmamaq üçün bəzi tibbi tədbirlər görüb. Əslində bu tədbirlər nəticəsində o daha hamilə qalmalı deyildi. Lakin qadın yenə də hamilə qalıb.

Bildirilir ki, Adriannanın qarnı normal halda da böyük olduğu üçün o, hamilə olduğundan 9 ay ərzində xəbərsiz olub. O uşağı elə tualetdə dünyaya gətirib. Uşağın səhhəti normaldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR