"Qarabağ" kapitanına yubiley hədiyyəsi verdi

"Qarabağ" klubu kapitanı Maksim Medvedev mükafatlandırılıb.

Metbuat.az-ın məlumatına görə, "köhlən atlar"ın heyətində 500-cü oyununu keçirmiş 33 yaşlı futbolçuya "Şamaxı" ilə XXIII tur matçından öncə hədiyyə verilib.

Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov təcrübəli müdafiəçiyə üzərində 500 rəqəmi yazılmış forma təqdim edib.

Qeyd edək ki, Maksim Medvedevin yubiley oyunu Premyer Liqanın XXII turunda "Sumqayıt"la görüşə (3:0) təsadüf edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR