Xarkovda yaşayış bölgəsi atəşə tutulub, xeyli sayda ölən və yaralanan var

Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

“Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla 7 nəfər həlak olub”, - o yazıb.

Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR