Üçtərəfli əməkdaşlıq intensivləşdirilir -

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Novo-Oqaryovoda görüş keçirib.

Metbuat.az xəbər verir ki, Kremlin saytında yayılan birgə bəyanatda deyilir ki, onlar hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.

"Müxtəlif səviyyələrdə ikitərəfli xarici siyasət məsləhətləşmələri praktikasının faydalılığı təsdiqləndi. Rusiya-Ermənistan parlamentlərarası intensiv dialoqun davam etdirilməsi tələbi vurğulandı. Rusiya Federasiyası ilə Ermənistan Respublika arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı”, - məlumatda deyilir.

Paşinyan həmçinin Putini KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci ilin ikinci yarısında keçiriləcək sessiyası ilə bağlı İrəvana səfərə dəvət edib, dəvət qəbul edilib, - Kremldən bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR