Sudanda münaqişələr nəticəsində 168 nəfər ölüb

Sudanın Darfur bölgəsindəki rəqib qəbilələr arasındakı toqquşmalarda azı 168 nəfər həlak olub.

Metbuat.az "The Guardian"a istinadən xəbər verir ki, bu məlumatı yardım qrupu verib.

Silahlı qəbilələrin ərəb olmayan Massalit azlığının kəndlərinə hücumundan sonra toqquşmalarda ölənlərin sayı arta bilər.

Qeyd edək ki, 2003-cü ildə başlayan vətəndaş müharibəsi nəticəsində xarabalığa çevrilən Darfurda ötən ilin oktyabr ayından bəri əsasən torpaq, mal-qara, su və örüşlə bağlı mübahisələr səbəb olan ölümcül münaqişələr artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR