Rusiya S-500 müdafiə sistemlərinin geniş istehsalına başladı

Rusiya S-500 müdafiə sistemlərinin geniş istehsalına başlayıb.

Metbuat.az xəbər verir ki, silah istehsalı şirkəti “Almaz-Antey”in icraçı direktoru Yan Novikov belə açıqlama verib. O bildirib ki, S-500 müdafiə sistemlərinin imkanları bundan əvvəl istehsal olunan sistemlərdən daha çoxdur. Novikovun sözlərinə görə, S-500-lər Rusiya hava məkanının müdafiəsinin təməlini təşkil edə biləcək gücə sahibdir. S-500-lərin mənzili 600 kilometrə çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR