"Azərsu": "Qarabağda içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur"

İşğaldan azad olunan ərazilərdə suyun keyfiyyəti standartlara tam uyğundur.

Metbuat.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib: "Laçın, Zəngilan, Qubadlı, Cəbrayıldakı hərbi hissələrimiz su ilə təmin edilib. Artıq Ağdam və Füzuli şəhərlərinin baş planı təsdiq olunub. Füzuli şəhərində də yeraltı mənbələrin istifadə olunmasına qərar verilib. Hazırda mühəndis- axtarış işlərimiz davam edir.

Cəbrayılda da çox güman ki, mənbələr yeraltı sular olacaq. Qubadlıda, Kəlbəcərdə, Laçında isə yerüstü mənbələr daha çoxdur. Bununla bağlı araşdırmalardan sonra qərar veriləcək.

Bildiyimiz kimi, ən bolsulu ərazilərimiz Kəlbəcər və Laçındır. Kəlbəcərdə də şəhərinin üzünün magistral xətti bərpa olunub, hərbi, mülki obyektlər suyla təmin olunub. Kəlbəcərin baş planı da hazır olunduqdan sonra orada yerüstü sulardan istifadə olacaq".

Qurum rəsmisi bildirib ki, işğaldan azad olunan ərazilərimizdə heç bir su problemi yoxdur: "İşğaldan azad olunan ərazilərimizdə heç bir su problemi yoxdur. Kifayət qədər su mənbələrimiz var. Suyun keyfiyyəti də standartlara tam uyğundur".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR