Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunları FIFA referilərinə tapşırılıb

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının bütün təyinatları müəyyənləşib.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyun FIFA referilərinə tapşırılıb.

"Qarabağ" - "Qəbələ" oyununu Elçin Məsiyev, "Neftçi" - "Zirə" matçını isə Əliyar Ağayev idarə edəcək.

29 aprel (cümə)

17:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”

20:30. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR