Ərdoğan "Trabzonspor"u belə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 38 ildən sonra Türkiyə Super Liqasının qalibi olan “Trabzonspor” klubunu təbrik edib.

Metbuat.az xəbər verir ki, “Trabzonspor”un çempionluq oyununu yaxından izləyən Ərdoğan kulubun prezidenti Əhməd Ağaoğluna telefonla zəng edərək təbriklərini çatdırıb.

Ərdoğan Tviter hesabındakı paylaşımında, “Super Liqanın 2021-2022 mövsümündə Əhməd Çalık mövsümünün çempionu olan Trabzonspor klubunu, azarkeşlərini, Trabzon şəhərini və bütün Trabzonspor ictimaiyyətini təbrik edirəm” yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR