Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkarlandı

Ermənistan hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki ədəd pulemyot aşkar ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə mayın 1-də saat 06:40-da Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.

Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR